“Azərbaycan beynəlxalq tədbirlərin həyata keçirilməsi sahəsində geniş təcrübəyə malikdir” – Azər Verdiyev

OXUNUB: 829 KÖŞƏ

Azərbaycan millisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 4-cü gününü 18 medalla başa vurub. 7News.az saytının məlumatına görə, idmançılarımız 9 qızıl, 6 gümüş və 3 bürünc mükafat əldə edib. Bu medallardan 10-u idman gimnastikasında qazanılıb. Cüdo, atıcılıq, üzgüçülük və atletikada də təmsilçilərimiz uğur əldə etməyi bacarıb.

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının tarixi əhəmiyyətindən danışan QALİB-in sədri, politoloq Azər Verdiyev Azərbaycanın növbəti dəfə dünyaya sülh mesajını göndərdiyini dedi: "12-22 may tarixlərində Azərbaycanda keçirilən Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları tək idman hadisəsi deyil. Bu oyunlar həm siyasi, həm də milli-mədəni əhəmiyyətə malikdir. Bugün dünyada islam dininə qarşı baş qaldıran islamafobiyanın fonunda bu kimi mötəbər tədbirə ev sahibliyi etmək, dünyaya əsl islamı çatdırmaq, sülh mesajı vermək sözün hər mənasında strateji addımdır. Prezident dəfələrlə bu barədə dünyaya mesaj veribdir. Eyni zamanda, mən I Vitse-prezident Mehriban xanım Əliyevanın həm də təşkilat komitəsinin sədri kimi gördüyü işləri xüsusi olaraq vurğulamaq istəyirəm. Azərbaycan artıq beynəlxalq tədbirlərin həyata keçirilməsi sahəsində geniş təcrübəyə malikdir. Bakı dünya üçün sülh platformasına çevrilibdir”

 

RƏYLƏR