Mediaturda ictimaiyyətin məlumatlandırılması məqsədilə 15 media qurumunun nümayəndələri yer alıblar.
	Qeyd edək ki, Zabuxçay su anbarının tikintisinə Azərbaycan Respublikası Prezidentinin 1 mart 2022-ci il tarixli Sərəncamına əsasən başlanılıb. Qubadlı və Zəngilan rayonlarında yerləşən, ümumilikdə 12 100 hektar əkin sahəsini suvarma suyu ilə təmin edən anbarın ümumi tutumu 27 milyon kub metr təşkil edir.
	





 
			 
				

























 
				 
				