Mayın 8-də Azərbaycan-Ermənstan sərhədinin pozulması zamanı saxlanılan əcnəbilər Banqladeş vətəndaşlarıdır.
Bu haqda Ermənistan müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Vigen Sarkisyan mətbuat konfransında bildirib.
Qeyd edək ki, mayın 8-də Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan Azərbaycan-Ermənistan sərhədinin pozulması cəhdi zamanı 6 əcnəbinin erməni hərbi qulluqçuları tərəfindən saxlanıldığını açıqlamışdı./publika
İcmal.Az