Məşhur aktrisa Selin Şekerci 3 il əvvəl tvitterdə paylaşdığı statusuna görə Türkiyənin birinci xanımı Əminə Ərdoğandan üzr istəyib.
Aktrisa 2014-cü ildə Əminə Ərdoğan haqqında sosial şəbəkədə həddini aşan ifadələr işlədib. Kino ulduzu illər sonra yazdığı statusu haqqında peşmançılığını ifadə edərək Əminə Ərdoğandan üzr istəyib. Birinci ledi aktrisanın üzrünü qəbul edib.
Prezidentin xanımından üzr istəyən aktrisa sosial şəbəkədə ürək sözlərini yazıb: "Bir neçə il əvvəl sosial şəbəkədə yazdığım statusdan dolayı hörmətli Əminə Ərdoğandan üzr istədim, özümü ifadə etmək şansı qazandım. Üzrü qəbul etdiyi və məni anlayışla qarşılandığı üçün ona təşəkkürümü və ehtiramımı çatdırmaq istəyirəm”.
Məlumat üçün bildirək ki, 28 yaşlı Selin Şekercinin anası əslən azərbaycanlıdır./publika
İcmal.Az

























