Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Azərbaycan İslam həmrəyliyinin qarantıdır” mövzusunda tədbir keçirilmişdir. Layihə rəhbəri Rauf Həsənovun verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunan tədbirdə Fondun məsul əməkdaşı Emil Yusifov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Samir Yoldaşov, Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Şəmsi Gülverdiyev və Peşə Təhsil Mərkəzinin kollektivi iştirak etmişdir. Tədbirdə layihənin aktuallığı, Azərbaycanda tolerantlıq, milli- mənəvi dəyərlərin və vətənpərvərlik nümunəsinin təbliği istiqamətində gənclərin rolu, dövlət- din münasibətləri kimi mövzularda məruzələr dinlənilmişdir. Çıxışlardan sonra layihə çərçivəsində hazırlanan video-çarx nümayiş olunmuş və tədbir iştirakçılarına Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanan çap materialları gənclərə paylanılmışdır.
“Azərbaycan İslam həmrəyliyinin qarantıdır” mövzusunda tədbir keçirilib
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Xocalı soyqırımı qurbanlarının xatirəsi region gəncləri tərəfindən anılıb
26.02.2026, 18:00 / Özəl, QHT -
ASGA Şəhid KƏNAN ABDULLAYEV haqqında tanıtım filmini təqdim etdi: GƏNCLƏR FONDUNUN DƏSTƏYİ İLƏ (FOTO+VİDEO)
24.02.2026, 10:33 / Özəl, QHT -
“Bookline” – Rəqəmsal Kitab Klubu və Mütaliə Platforması layihəsinə start verildi
23.02.2026, 09:31 / QHT, SOSİAL -
Gənclər Mərkəzi İsmayıllı rayonunda tədbir keçirib
19.02.2026, 16:02 / QHT, SOSİAL -
Gənclər Mərkəzi Qəbələ rayonunda tədbir keçirdi - FOTO
19.02.2026, 07:30 / QHT, SOSİAL -
Gənclər Fondu ilk dəfə ölkənin ən böyük fərdi intellektual yarışını təşkil edib
04.02.2026, 16:21 / Özəl, QHT, SOSİAL -
Salyan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirildi
30.01.2026, 16:01 / Özəl, QHT, SOSİAL
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
index-manşet, SOSİAL Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - FOTO
-
SOSİAL Əmək bazarı və sosial müdafiə üzrə elmi-tədqiqat, həmçinin tələbələrin təcrübə və karyera imkanlarının genişləndirilməsi istiqamətində yeni Anlaşma Memorandumu!
-
GÜNDƏM, Özəl, SOSİAL Səyyar ASAN xidmət Ağdaşda

























