Azərbaycan Kemerovaya iki tona yaxın humanitar yardım göndərib

OXUNUB: 558 SOSİAL

Heydər Əliyev Fondu Rusiyanın Kemerovo şəhərində "Qış albalısı” ticarət mərkəzində baş verən yanğın zamanı xəsarət alanlara 1,8 ton humanitar yardım yığıb

İcmal.Az-ın xəbərinə görə, bu barədə TASS-a Kemerovo vilayətinin administrasiyasından məlumat verilib.

1,8 ton humanitar yardım yığılıb. Əsas qida məhsullarıdır, -  agentliyin sözçüsü deyib.

Qeyd edək ki, "Qış albalısı” ticarət mərkəzində martın 25-də yanğın baş verib. Nəticədə 64 nəfər həyatını itirib. Ölənlərdən 41-i uşaqdır. 

İcmal.Az

RƏYLƏR