"Bir damla qan – bir həyat deməkdir. Bayramın ən böyük mənası paylaşmaq, ən gözəl hədiyyəsi isə həyat bəxş etməkdir.”
Müqəddəs Ramazan ayının son günləri və Novruz bayramı ərəfəsində Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi vətəndaşlara humanist və həyati əhəmiyyət daşıyan çağırışla müraciət edib.
Çağırışda qeyd olunur ki, bayram sevincini hər kəs yaşamalıdır. Lakin irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar, talassemiyalı və hemofiliyalı xəstələr üçün bu günlər yalnız ümidlə gözlənilən anlarla müşayiət olunur. Onların sağlamlığı və həyatı isə cəmiyyətin dəstəyindən – könüllü qan donorlarından asılıdır.
Mərkəz vətəndaşları bu həssas və dəyərli günlərdə həmrəy olmağa səsləyir və hər kəsi qanvermə aksiyalarında fəal iştirak etməyə dəvət edir.
Qeyd olunur ki, Respublika Qan Bankı bayram günlərində də fasiləsiz fəaliyyət göstərir və hər bir sağlam vətəndaş bu xeyirxah aksiyaya qoşularaq kiminsə həyatına ümid ola bilər.
Əlaqə: 055 2227626
Həmrəy olaq – Qanımızla yaşadaq!






















