Azərbaycan Səfirliyi Türkiyə hərbçilərinin həlak olması ilə başsağlığı verib

OXUNUB: 688 SOSİAL

Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkənin hərbçilərinin Suriya ilə sərhəddə həlak olması ilə bağlığı başsağlığı verib.

Başsağlığı səfirliyin  tviter səhifəsində yayılıb.

Paylaşımda deyilir:

"Qəhrəman əsgərlərimizə Allahdan rəhmət, qardaş Türkiyəyə başsağlığı diləyirik”.

Qeyd edək ki, hadisə dünən Şanlıurfada, sərhəd xəttində baş verib. Terrorçuların yerləşdirdiyi qumbaranın partlaması nəticəsində 3 hərbçi həlak olub. Öz növbəsində Türkiyə hərbçiləri də dünən PKK/YPG terrorçularının hədəflərinə zərbələr endirib. İlkin məlumata görə, 12 terrorçu məhv edilib.

RƏYLƏR