Azərbaycan ,Türkiyə və İran XİN başçıları birgə bəyannamə imzaladı - YENİLƏNİB

OXUNUB: 700 SİYASƏT

Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü başa çatıb.  

İcmal.Az xəbər verir ki, görüşün yekununda birgə Bəyannamə qəbul olunub.

***

11:46

Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilir.

İcmal.Az APA-ya istinadən xəbər verir ki,  görüşdə 3 ölkə arasında əməkdaşlıq və regional məsələlər müzakirə olunacaq və sonda birgə Bəyannamə qəbul olunacaq.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.

İcmal.Az

RƏYLƏR