Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb

OXUNUB: 780 SOSİAL

Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış anlaşma memorandumuna müvafiq olaraq iyunun 12-dən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələri qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, təlimlərin məqsədi Silahlı Qüvvələrin təcrübə mübadiləsi vasitəsilə qoşunların koordinasiyanı inkişaf etdirmək, birgə əməliyyatlar keçirmək qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Təlimlər iyunun 16-dək davam edəcək.

 

İcmal.Az

RƏYLƏR