Azərbaycana ötən il 264 mln. dollarlıq dərman idxal edilib - CƏDVƏL

OXUNUB: 26 İQTİSADİYYAT

2020-ci il ərzində Azərbaycan pərakəndə satış üçün formalarda və ya bağlamalarda qablaşdırılan 264,251 mln. ABŞ dolları (təxminən 449,227 mln. manat) dəyərində 19 364,44 ton dərman vasitələri idxal edib.


Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, COVID-19 pandemiyası fonunda dərman vasitələrinin idxalı ötən il həcm ifadəsində 35,8%, dəyər ifadəsində isə 23% artıb.

Azərbaycana dərman vasitələri göndərən ölkələrə gəldikdə, 2020-ci ildə ölkə ən çox dərmanı Türkiyədən idxal edib. Hesabat dövründə Azərbaycan qonşu ölkədən 51,987 mln. dollar dəyərində 2 745,94 ton pərakəndəlik dərman vasitələri gətirib ki, bu da illik müqayisədə 63,6% (dəyər ifadəsində) çoxdur. İdxal bazarında ikinci olan Almaniya isə Azərbaycana dərman ixracını 18,4% artıraraq 28,057 mln. dollarlıq 489,45 ton dərman göndərib. Üçüncü pillədə qərarlaşan Rusiyadan isə ölkəyə 21,782 mln. dollarlıq 5 461,47 ton dərman tədarük edilib. Bu, illik müqayisədə 2 dəfə çoxdur.

 

 

Azərbaycana dərman vasitələrini ixrac edən əsas ölkələr:

#

Ölkə

Həcm, ton

Dəyər, mln$

İllik dinamika

1

Türkiyə

2 745,94

51,987

63,6%

2

Almaniya

489,45

28,057

18,4%

3

Rusiya

5 461,47

21,782

2 dəfə

4

Fransa

239,27

17,550

-7,1%

5

Ukrayna

5 118,71

12,294

38%

6

İtaliya

199,61

11,864

8,1%

7

Hindistan

237,19

10,967

29%

8

İspaniya

240,94

10,354

34,5%

9

İsveçrə

53,82

9,871

-39%

10

Macarıstan

214,49

8,978

14,7%

RƏYLƏR