Azərbaycanda avtomobil qəzasına düşmüş vəzifəli şəxs vəfat edib

OXUNUB: 1054 HADİSƏ
Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) Daşkəsən rayon şöbəsinin müdiri dünyasını dəyişib.
 
 İyun ayının 18-də Gəncə-Daşkəsən avtomobil yolunda idarə etdiyi "Hyundai" markalı avtomobillə avtomobil qəzasına düşən, 1956-cı il təvəllüdlü Firuddin Əli oğlu Cəfərli aldığı xəsarətlərdən bu gün vəfat edib.

Xatırladaq ki, F.Cəfərlinin idarə etdiyi avtomobil Yeni Azərbaycan Partiyasının (YAP) Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyevin xidməti maşını olan "NİVA" markalı avtomobillə toqquşub. Qəzaya isə bir müddət əvvəl ürəyindən əməliyyat olunan F.Cəfərlinin sükan arxasında infarkt keçirməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır./report
 
 
İcmal.Az

RƏYLƏR