Lerik rayonunda mərkəzi bazarın ərazisində bir dam altında tikilmiş, ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 73 m2 olan 3 geyim mağazasında yanğın baş verib.
İcmal.Az-ın FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bitişik mağazalar yanğından mühafizə olunub.
Yanğın saat 02:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İcmal.Az