AZƏRBAYCANDA BİR İLK: Bakının ən dəbli "Ana-bala"sı seçiləcək - MÜSABİQƏ

OXUNUB: 8012 MARAQLI ŞOU-BİZNES

 

23 Sentyabr 2017-ci il tarixdə Monolit Plazada Bakının Ən Dəbli "Ana-bala” Moda (Best Mom Prince & Princess) müsabiqəsi təşkil olunacaq.

Təşkilat komitəsindən 7NEWS.az-a verilən məlumata görə Artıq 4-cü dəfə reallaşacaq layihə "aile dəbi” üzrə dizayner Günay Vəliyeva tərəfindən Azərbaycanda ilk dəfə olaraq həyata keçirilir. Layihənin keçirilməsində məqsəd iştirakçılarda mənəvi-estetik mədəniyyətin inkişafına dəstək, öz geyim ideyalarının nümayişi və modelləşdirməyə marağın artırılması, "Ana-bala dəbi” üzrə valideynlərin zövqlərinin daha da formalaşdırılması və ən əsası uşaq-valideyn bağının bir formasının da geyim olduğunu göstərməkdir.

Müsabiqədə iştirak edən "Ana-oğul” və ya "Ana-qız” cütlüklər öz zövqlərinə uyğun hazırladıqları dəst geyimdə layihəyə qatılacaqlar.

Münsiflər heyətində yer alacaq modelyer-dizaynerler və ictimai simalar qiymətləndirmə apardıqdan sonra ilk 3 yerin qalibləri müəyyən edilərək mükafatlandırılacaqlar. Digər iştirakçılar da xatirə olaraq hədiyyə və diplom qazanacaq, nominasiyalarla təltif ediləcəklər.

Tədbir musiqili-əyləncəli xarakter daşıyır.

7NEWS.az





RƏYLƏR