Azərbaycanda bir marketdə 6 ton istehsala yararsız məhsullar aşkarlandı

OXUNUB: 245 İQTİSADİYYAT
Azərbaycanda bir marketdə 6 ton istehsala yararsız məhsullar aşkarlanıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Şəmkir rayonunun Düyərli kəndində fəaliyyət göstərən fiziki şəxs Zabit Müseyib oğlu Namazova məxsus "Grand” ərzaq satışı mağazasında planlı yoxlama keçirilib.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Mağazada ümumi çəkisi 6.075 kiloqram müxtəlif çeşiddə şirniyyat və xama məhsulunun, eləcə də 9 litr meyvə şirəsinin yararlılıq müddətinin bitdiyi aşkarlanıb.

Mağazada qeydə alınan nöqsanlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub və istehlaka yararsız məhsulların satışdan çıxarılması barədə qərar qəbul edilib./yenicag.az

7News.Az

RƏYLƏR