Azərbaycanda bır sıra sığorta agentlərinin lisenziyaları dayandırıldı

OXUNUB: 966 İQTİSADİYYAT

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən, yeni sığorta agentlərinin fəaliyyətinə lisenziyalar verilib, bəzi sığorta agentlərinin fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi 3 ay müddətinə dayandırılıb və yaxud ləğv edilib.

Bu barədə MBNP-dan İcmal.Az-a bildirilib.

Məlumatda deyilir ki, iclasda qurumun Sığorta Bazarına Nəzarət Departamentinin 46 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın 3 ay müdətinə dayandırılması müraciətinə baxılaraq müsbət qərar qəbul edilib. 

Lisenziyaların dayandırılmasına səbəb sığorta agentlərinin "Sığorta fəaliyyəti haqqında” qanunun tələblərinə riayət etməyərək MBNP-yə rüblük hesabatları təqdim etməmələri olub.

İclasda  iki fiziki şəxsin MBNP-yə müraciəti əsasında onların sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.

İcmal.Az

RƏYLƏR