Azərbaycanda bu canlıların nəsli kəsilə bilər - VİDEO

OXUNUB: 704 SOSİAL

Azərbaycanda tibbi zəlilərin nəsli kəsilə bilər.

İcmal.Az "Xəzər TV"-yə istinadən məlumat verir ki, ölkədə tibbi zəli əsasən cənub bölgəsindən toplanır.

Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Şahvələd Əliyevin sözlərinə görə, belə zəlilər brakonyerlər tərəfindən kortəbii şəkildə ovlanır. Zəlilərin kütləvi şəkildə yığılması onların tükənməsi ilə nəticələnə bilər.

Biologiya elmləri namizədi Şahvələd Əliyev bildirir ki, göllərdən toplanan zəliləri birbaşa istifadə etmək məsləhət deyil. Çünki həmin zəlilər müxtəlif yoluxucu xəstəliklərin daşıyıcısı ola bilər. İstifadə zamanı da insanda alergik reaksiyalar və şişlərə səbəb olmaq ehtimalı var. Zəli bir neçə gün təmiz suda saxlanıldıqdan və mədə-bağırsağı yuyulduqdan sonra istifadə edilməlidir. Toplanan zəlilərin əksəriyyəti apteklərə satılır. Apteklərdəki zəlilərin də xeyli hissəsi steril olmur. Qablarda da normadan 10 dəfə artıq zəli saxlanılır.

 
İcmal.Az

RƏYLƏR