Azərbaycanda devalvasiya olacaq? - "Növbəti aylarda..." - AÇIQLAMA

OXUNUB: 329 İQTİSADİYYAT
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bir neçə ay ərzində Azərbaycanda devalvasiya olacağı, manatın kəskin dəyər itirəcəyi barədə iddialara aydınlıq gətirib. 

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycan üzən məzənnə rejiminə keçməyib: 
 
 
 "Azərbaycanda manatın məzənnəsi birbaşa Mərkəzi Bank tərəfindən müəyyənləşdirilib. Yəni praktiki olaraq Mərkəzi Bank manatın məzənnəsinin müəyyənləşdirilməsində aparıcı qurumdur. Eyni zamanda interfeys imkanlarını qoruyub saxlayır. Ümumən, manatın məzənnəsi həm də ölkəyə daxil olan valyutanın həcmindən asılı olaraq müəyyənləşir. Nəzərə alsaq ki, ölkəyə daxil olan valyutanın həcmi həm də neftin dünya bazarındakı qiyməti ilə bağlıdır. 2024-cü ildə neftin dünya bazarında qiyməti praktiki olaraq ölkəyə daxil olan valyutanın həcminə, eyni zamanda manatın məzənnəsinə təsir göstərən faktorlardan olacaq. Amma növbəti aylarda, eləcə də 2024-cü ildə manatın məzənnəsinin necə dəyişəcəyi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Bu mövqeyə uyğun məzənnə siyasəti və manatın kursu növbəti dövrlərdə də müəyyənləşdiriləcək. Bir sözlə, manatın məzənnəsinin dəyişib-dəyişməməsi ilə bağlı qərar məhz Mərkəzi Bankın mövqeyindən asılıdır”. 

RƏYLƏR