Neftçala sənaye məhəlləsindəki Azərbaycan-İran birgə zavodunda istehsal olunan "Khazar" avtomobillərinin alışı üçün artıq 40 sifariş daxil olub.
Bunu zavodun sahiblərindən biri olan "AzərMaş" şirkətinin İdarə heyətinin sədri Emin Axundov deyib.
O bildirib ki, ilk sifarişçilər dövlət strukturları - İqtisadiyyat, Energetika və Vergilər nazirlikləri olub. Bu günədək zavodda 100-ə yaxın avtomobil istehsal olunub.
E.Axundovun sözlərinə görə, avtomobillərin satışı gələn həftənin əvvəlində başlayacaq. İlk mərhələdə "Khazar SD" və "Khazar LD" modelləri satışa çıxarılacaq. Satışlar Bakıda 3 satış mərkəzində həyata keçiriləcək.
"Khazar SD"-nin satış qiyməti 16 min manat, "Khazar LD"-nin satış qiyməti 18 min manat təşkil edəcək.
O əlavə edib ki, avtomobilləri 20 faiz ilkin ödənişlə lizinqə və ya 50 faiz ilkin ödənişlə kreditə almaq olar. Aylıq ödəmə 18 faiz təşkil edəcək.
Zavodda istehsal olunan bütün avtomobillər Avro-5 standartına cavab verir.
İcmal.Az
Ana səhifə
/
İQTİSADİYYAT / Azərbaycanda istehsal olunan avtomobillər gələn həftədən satışa çıxarılır - FOTO
Azərbaycanda istehsal olunan avtomobillər gələn həftədən satışa çıxarılır - FOTO
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
530 manatlıq analizə görə pasienti klinikadan qovdular - "Funda" hospitaldan şikayət
02.04.2026, 13:17 / İQTİSADİYYAT -
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
02.04.2026, 13:16 / Özəl, İQTİSADİYYAT, BANK -
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
02.04.2026, 13:14 / Özəl, İQTİSADİYYAT, BANK -
İdarə rəisi Qafar Ağayev agackəsiminə hansı şərtlərlə razılaşır?
01.04.2026, 12:26 / HADİSƏ, İQTİSADİYYAT -
Samir Rzayev AZAL-ı milli pilotlardan təmizləyir - ŞİKAYƏT
01.04.2026, 10:27 / İQTİSADİYYAT -
“Azəraqrar”-da “ezamiyyə” Həsən kimdir? – Direktoru o idarə edir?
27.03.2026, 14:21 / İQTİSADİYYAT -
“Qoç Ət”in pendiri qalmaqal yaratdı – Video
26.03.2026, 10:36 / İQTİSADİYYAT
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
SOSİAL Hilton Baku Hoteldə beynəlxalq təhsil sərgisi keçiriləcək: QEYDİYYATDAN KEÇMƏYƏ TƏLƏSİN!
-
HADİSƏ Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR: Tovuzun birinci müavini müxalifətin informatorudur?
-
HADİSƏ 240 min vergi borcu, ölüm və koma qalmaqalları… – “MedAura” klinikası adını niyə dəyişir?


























