Azərbaycanda kompüter oyunları üzrə çempionat keçirildi

OXUNUB: 584 SOSİAL

Azərbaycanda ilk dəfə Dota 2 oyunu üzrə ixtisaslanmış "Son Çempion 2017” çempionatı keçirilib. 

Qeydiyyatdan keçən 24 komanda finala vəsiqə qazanmaq uğrunda, "2 qələbəyə qədər" qaydası ilə mübarizə aparıblar. Çempionat  Azərbaycan Kiberidman Federasiyasının tərəfdaşlığı ilə keçirilib. 

Final oyununda rəqibini 2-0 hesabı ilə məğlub edən Young P.I.M.P.S and O.G komandası Türkiyədə keçiriləcək "Son Şampiyon 2018” çempionatında iştirak etmək imkanı qazanıb. Bu turnir ESL oyun seriyalarına aiddir.

Mükafatlandırma mərasimindən sonra qalib komandanın kapitanı Teymur Nağıyev və oyunçulardan biri olan Sənan Hüseynov deyiblər: "Biz qələbəyə və Türkiyədə öz gücümüzü göstərmək imkanına çox şadıq. Bu, iki ağır gün idi, amma komanda işi bu gün bizi çox güclü rəqiblər qarşısında qələbəyə gətirib çıxardı."

"Biz – gənc komandayıq və anlayırıq ki, Türkiyədə kiberidmançıların səviyyəsi çox yüksəkdir. Ona görə də bizi fevral ayında "Son Şampiyon 2018” turnirinə yollanmadan öncə çoxlu məşqlər gözləyir."

Dota-2 – Valve Corporation tərəfindən hazırlanan çoxistifadəçili kompüter oyunudur. Bu gün bu oyun fəal kiberidman növüdür və bütün dünyadan müxtəlif beynəlxalq yarışlarda və liqalarda mübarizə aparan çox sayda peşəkar komandaları cəlb edir. Dota-2 kiberidman tarixində ən yüksək mükafat fondlu oyun növüdür, bu mükafatlar iyirmi milyon dollara çatır.

Oyunda öz bazasına malik, hər biri beş oyunçudan ibarət olan iki komanda iştirak edir. Bütün oyunçular müxtəlif rollara, qabiliyyətlərə və oyun üslubuna malik olan qəhrəmanı seçirlər. Nəticədə bir saatdan çox davam edə bilən oyunda rəqibin əsas qalasını dağıdan komanda qalib gəlir./oxu

İcmal.Az

RƏYLƏR