Azərbaycanda məktəbli qızların əxlaqsızlıq şəbəkələrinə qoşan həkim bandaları var - ŞOK AÇIQLAMA

OXUNUB: 1605 Səhiyyə HADİSƏ
 
Millət vəkili Fazil Mustafa son 3-4 ildə abort elətdirən məktəblilərin sayının 1200-ə çatması ilə bağlı yayılan xəbərə sərt münasibət bildirib. 

BNEWS.az xəbər verir ki, Fazil Mustafa bildirir ki, ölkəmizdə faciə buradadır, başqa yerdə axtarmayın. Bu rəqəm hələ az göstərilib. Bu sahədə çalşan həkim bandaları da var, məsələni ört-basdır etmək müqabilində məktəbli qızların əxlaqsızlıq şəbəkələrinə cəlb edilməsini təmin edirlər."


Fazil Mustafa onu da qeyd edib ki, cinsi tərbiyənin tamamilə unudulması artıq qızlarla oğlanların bir yerdə təhsil almasının təhlükəli olduğunu iddia edənlərin arqumentlərini gücləndirir: "Məktəb yaşından qızların təhsildən yayındırılaraq bir çox xoşagəlməz istiqamətlərə yönləndirilməsi sonrakı ailə faciələrinin, boşanmaların sürətlə artımının əsas səbəblərindən birinii təşkil edir. Özümüzü statistik rəqəmlərlə aldatmayaq, bu sahədə Azərbaycan bəlkə də ən nəzarətsiz ölkələrdən biridir. Müvafiq dövlət qurumlarının məsələyə müdaxiləsi ancaq hansısa təsadüfi video paylaşımlarından sonra başlayır və nəticəyə elə də təsiredici rol oynamır. Milli dəyərlər, mentalitet, Həcər, Nigar, pafos, müqəddəs Azərbaycan ailəsi ritorikasını bir kənara tolazlayıb konkret bir ictimai faciənin önlənməsi ilə məşğul olmalıyıq".

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov Big.az-a açıqlamasında son 3-4 il ərzində 1200 məktəbli qızın abort etdirdiyini söyləmişdi. 

RƏYLƏR