Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7NEWS.az-ın bölgə müxbirinə verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin(RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Beləki, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Edəniz Şöhləyev saxlanılaraq Polis Şöbəsinə gətirilmiş, üzərinə baxış keçirilən zaman 0.156 qram narkotik vasitə olan, qurudulmamış "marixuana” aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni tanışı Rahil Zamanovdan 10 manata aldığını bildirib. Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R. Zamanovun yeri müəyyən edilərək RPŞ-yə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 16 ədəd müxtəlif bükümlərdə, ümumi çəkisi 8.021 qram qram narkotik vasitə olan, qurudulmamış "marixuana” aşkar edilib. R. Zamanov istintaqa verdiyi ifadəsində narkotik vasitəni yaxın dostu, rayon sakini Namaz Həsənovdan əldə etdiyini bildirib. Davam etdirilən tədbirlər nəticəsində N. Həsənov da saxlanılaraq RPŞ-yə gətirilmiş və üzərinə baxış keçirilən zamanı gödəkçəsinin cibindən müxtəlif bükümlərdə, ümumi çəkisi 5.981 qram narkotik vasitə olan "marixuana” aşkar edilərək götürülüb. N. Həsənov ifadəsində narkotik vasitəni, işlədiyi fermanın yaxınlığında özü yetişdirdiyini bildirib. Qeyd edilən yerə polis əməkdaşları baxış keçirmiş və oradan ağ rəngli politelen torbada, təmiz çəkisi 3 kq 490 qram, narkotik vasitə olan, qurudulmuş "marixuana” və 12 ədəd çətənə bitkisinin kolları aşkar edilib. Aşkar edilən maddi sübutlar ekspertiziyaya təqdim edilib, saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
İcra başçısı sakinlər yaşaya-yaşaya binanı sökdürür – VİDEO
14.05.2024, 11:36 / HADİSƏ -
“McDonalds Azərbaycan” işçiləri istismar edir
14.05.2024, 11:33 / HADİSƏ -
Mingəçevirdə insanların istirahət etdiyi parkda avtoxuliqanlıq edən sürücü həbs olunub
13.05.2024, 10:55 / Özəl, HADİSƏ, SOSİAL -
Sahil Babayevin geyiminin qiyməti AÇIQLANDI
10.05.2024, 16:39 / HADİSƏ -
Qanunsuz şans oyunlarında növbəti dələduzluq — FOTOFAKT
10.05.2024, 14:12 / QHT, HADİSƏ -
Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”
09.05.2024, 10:30 / HADİSƏ -
Dövlət Reklam Agentliyi məhkəmə qarşısında
08.05.2024, 12:21 / HADİSƏ