Azərbaycanda nəfəs kəsən hadisə - 75 yaşlı kişi paraşütdən tullandı - VİDEO

OXUNUB: 823 MARAQLI

Şəki şəhər sakini 75 yaşlı Uğurluyev Namiq Uğurlu oğlu yaşının bu çağında yamac paraşütundan atlanaraq Azərbaycanda bir ilkə imza atıb.

 Şəki şəhəri, Xan Yaylağından dəniz səviyyəsindən 2100 metr hündürlükdən start götürən ağsaqqal 2426 metrə qədər yüksələrək adını Azərbaycanda havaya paraplanla qalxan ilk yaşlı şəxs kimi tarixə yazdırıb.

25 dəqiqə davam edən uçuş zamanı özünü bir çox gənclərdən daha gümrah hiss edən Namiq dayı 1000 cavana dəydiyini hamıya sübut edə bilib.

Qeyd edək ki, uçuş "Khanland" ekstremal idman növləri düşərgəsinin komandası tərəfindən tənzimlənib./milli

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda nəfəs kəsən hadisə - 75 yaşlı kişi paraşütdən tullandı - VİDEO

 

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda nəfəs kəsən hadisə - 75 yaşlı kişi paraşütdən tullandı

İcmal.Az

RƏYLƏR