Azərbaycanda polisdən dəhşətli əməl: Ona xəyanət edən arvadını vəhşicəsinə qətlə yetirdi

OXUNUB: 1332 HADİSƏ
Beyləqanda qətl törədilib.

İyulun 29-da Beyləqan rayonunun Sarısu kəndində yaşayan Mübariz Ağayev evində münaqişə zəminində arvadı Səidə Ağayevanı kəndirlə boğaraq öldürüb.

İcmal.Az lent.az-a istinadən xəbər verir ki, rayonun Sarısu kənd sakini Mübariz Ağayev Mühafizə Polisinin əməkdaşı olub.

Məlumata görə, M. Ağayev arvadı Səidə Ağayevanın ona xəyanət etdiyini öyrənib. O, qaynını evə dəvət edərək, bu barədə ona məlumat verib və sübut kimi arvadının telefonunda olan fotoşəkilləri ona göstərib.

Daha sonra evdən çıxan Mübariz Ağayev niyyətini həyata keçirmək üçün müvafiq vaxt gözləyib. O, gecə saatlarında uşaqların yatmasını gözləyib. Bundan sonra arvadı Səidə Ağayeva ilə təklikdə xeyli söhbət edib. Söhbətin gedişində əsəblərini cilovlaya bilməyən M. Ağayev arvadının boğazına kəndir dolayaraq, onu boğub öldürüb.

Hadisədən sonra Mübariz Ağayev könüllü şəkildə polisə təslim olub.

Ailənin birgə nikahdan iki övladı var. 

***

Xəbər verdiyimiz kimi, iyulun 29-da Beyləqan rayonunun Sarısu kəndində yaşayan Mübariz Ağayev evində münaqişə zəminində arvadı Səidə Ağayevanı kəndirlə boğaraq öldürüb.

İcmal.Az unikal.org-a istinadən xəbər verir ki, həyat yoldaşını öldürən Mübariz Ağayev polis əməkdaşıdır. O, hadisəni qısqanclıq zəmnində törədib. Belə ki, o əsəbiləşərək arvadını yaşadıqları evdə kəndirlə boğaraq öldürüb. Səidə Ağayevlə Mübarizin birgə nigahdan 2 övladları var. Oğlu 4-cü sinif şagirdi, qızı isə 2-ci sinif şagirdidir.

***

Beyləqanda qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, iyulun 29-da Beyləqan rayonunun Sarısu kəndində yaşayan Mübariz Ağayev evində münaqişə zəminində arvadı Səidə Ağayevanı kəndirlə boğaraq öldürüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Ağayev saxlanılıb.
 

İcmal.Az

RƏYLƏR