Azərbaycanda təsis edilən yeni orden kimlərə veriləcək? – FOTO

OXUNUB: 739 SOSİAL

"Rəşadət” ordeninin təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilir.

İcmal.Az-ın xəbərinə görə, bu barədə Trend agentliyi məlumat yayıb.

"Rəşadət” ordeni ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə; əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə; Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə; həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə; fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə; həmçinin dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə təltif ediləcəklər.

"Rəşadət” ordeninin 3 dərəcəsi var. Orden döşün sol tərəfinə, Azərbaycanın digər ordenləri olduqda "Azərbaycan bayrağı” ordenindən sonra taxılır.

 

İcmal.Az

RƏYLƏR