Nazirlər Kabineti "Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı”nın, "Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nın və "Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı”nı təsdiqləyib.
İcmal.Az sözügedən siyahıları təqdim edir:
Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin siyahısı
| Sıra №-si | İşlərin adı | 
| 1. | Mühəndis-geodeziya | 
| 2. | Mühəndis-geoloji axtarış | 
| 3. | Mühəndis-hidrogeoloji axtarış | 
| 4. | Geofiziki | 
| 5. | Qruntların laboratoriya tədqiqatı | 
Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin siyahısı
| Sıra №-si | İşlərin və xidmətlərin adı | 
| 1 | 2 | 
| 1. | Xüsusi torpaq işləri: | 
| 1.1. | ankerlərin torpağa bərkidilməsi və binaların "torpaqda divar” üsulu ilə tikilməsi | 
| 1.2. | enmə quyularının və kessonların qurulması | 
| 1.3. | qazma-partlayış işləri və qaya torpaqlarının çıxarılması | 
| 2. | Beton və dəmir-beton konstruksiyaların quraşdırılması | 
| 3. | Metal konstruksiyaların quraşdırılması | 
| 4. | Ağac konstruksiyaların quraşdırılması | 
| 5. | Fasad işləri | 
| 6. | Svay işləri | 
| 7. | Mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması işləri | 
| 8. | Hidrotexniki işlər: | 
| 8.1. | sualtı-texniki işlər | 
| 8.2. | dambaların (torpaq bəndlərin) tikintisi | 
| 8.3. | limanların tikintisi | 
| 8.4. | pirslərin tikintisi | 
| 8.5. | sahilbərkitmə işləri | 
| 8.6. | su anbarları | 
| 9. | Yol tikintisi: | 
| 9.1. | avtomobil yolları | 
| 9.2. | aerodromların uçuş-enmə zolaqları | 
| 9.3. | elektrik sərnişin nəqliyyatı (tramvay, trolleybus və hava-kanat xətləri) yolları | 
| 9.4. | nəqliyyat tunelləri və metropolitenlər | 
| 9.5. | dəmiryol xətləri | 
| 10. | Körpülərin, estakadaların və yol ötürücülərinin tikintisi | 
| 11. | Xüsusi qurğuların tikintisi və quraşdırılması: | 
| 11.1. | radiorabitə, radio və televiziya qurğuları və qüllələr | 
| 11.2. | rezervuarlar və qazholderlər (qaz anbarları) | 
| 1 | 2 | 
| 11.3. | elektrik ötürücü xətləri | 
| 12. | Sənaye və mülki obyektlərin tikintisi: | 
| 12.1. | aşırımı 24 metrədək | 
| 12.2. | aşırımı 24 metr və daha çox | 
| 12.3. | hündürlüyü 65 metrədək | 
| 12.4. | hündürlüyü 65 metr və daha çox | 
| 12.5. | tutumu 5 min nəfərədək | 
| 12.6. | tutumu 5 min nəfər və daha çox | 
Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin siyahısı
| Sıra №-si | İşlərin adı | 
| 1 | 2 | 
| 1. | Ərazi planlaşdırılması: | 
| 1.1. | ümumi planlar və yaşayış məntəqələrinin baş planlarının hazırlanması | 
| 1.2. | müfəssəl planların hazırlanması | 
| 2. | Tikinti obyektlərinin memarlıq layihələndirilməsi: | 
| 2.1. | bina və qurğuların memarlıq layihələndirilməsi | 
| 2.2. | memarlıq abidələrinin bərpası | 
| 3. | İnşaat konstruksiyalarının layihələndirilməsi | 
| 4. | Nəqliyyat qurğularının layihələndirilməsi: | 
| 4.1. | dəmir yollarının layihələndirilməsi | 
| 4.2. | tunel, körpü və yolötürücülərinin layihələndirilməsi | 
| 4.3. | avtomobil yollarının layihələndirilməsi | 
| 4.4. | aerodromların uçuş-enmə zolaqlarının layihələndirilməsi | 
| 4.5. | metropolitenlərin layihələndirilməsi | 
| 4.6. | magistral boru kəmərlərinin layihələndirilməsi | 
| 5. | Hidrotexniki qurğuların layihələndirilməsi | 
| 6. | Meliorasiya qurğularının layihələndirilməsi | 
| 7. | Mühəndis sistemlərinin layihələndirilməsi: | 
| 7.1. | yüksəkgərginlikli elektrik enerjisinin ötürücü xətləri və qurğularının layihələndirilməsi | 
| 7.2. | elektrik təchizatı sistemlərinin layihələndirilməsi | 
| 7.3. | su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi | 
| 7.4. | istilik və qaz təchizatı, soyuqluq təchizatı, ventilyasiya və kondisionerləşdirmə sistemlərinin layihələndirilməsi | 
| 7.5. | rabitə, radio və televiziya sistemlərinin layihələndirilməsi | 
| 7.6. | nəzarət-ölçü cihazları, yanğın-mühafizə siqnalizasiya və avtomatik yanğınsöndürmə sistemlərinin layihələndirilməsi | 
| 8. | Layihələrin xüsusi bölmələrinin işlənilməsi: | 
| 8.1. | tikintinin təşkilinin layihələndirilməsi | 
| 8.2. | smetaların tərtib edilməsi | 
| 1 | 2 | 
| 9. | Bina, qurğu və mühəndis sistemlərinin texniki vəziyyətinin müayinəsi: | 
| 9.1. | bina və qurğuların müayinəsi | 
| 9.2. | mühəndis sistemlərinin müayinəsi | 
| 10. | Baş layihəçi funksiyasının həyata keçirilməsi (fəaliyyət sahələri üzrə) | 
 
	İcmal.Az
 
			 
				






















 
				 
				