Azərbaycanda yeni publik hüquqi şəxslər yaradıldı (FƏRMAN)

OXUNUB: 511 İQTİSADİYYAT
İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əsasında "İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxs yaradılıb.

Bu, Prezident İlham Əliyevin imzaladığı yeni fərmanda öz əksini tapıb.

Bundan başqa, fərmana əsasən, Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əsasında "Hərracların Təşkili Mərkəzi”, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, eləcə də Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin əsasında "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” adlı publik hüquqi şəxslər yaradılıb.

RƏYLƏR