Azərbaycanı içəridən çökdürmək planı ifşa olundu - Deputatdan ağır sözlər

OXUNUB: 24 Özəl SİYASƏT
Dövlət Təhlükəsizlik Xidmətinin dünən açıqladığı məlumat ölkə gündəmini silkələyir. Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və onların ətrafında formalaşmış şəbəkənin xarici xüsusi xidmət orqanlarının diktəsi ilə Azərbaycanda dövlət çevrilişi ssenarisini gerçəkləşdirməyə cəhd göstərmələri ictimaiyyət arasında dərin hiddət doğurub.

Faktlarla məlum olur ki, bu şəbəkə uzun müddət ölkədə gərginlik yaratmaq, ictimai sabitliyi pozmaq, dövlət maraqlarını hədəfə almaq və Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək istiqamətində koordinasiyalı fəaliyyət aparıb. Xüsusilə Vətən müharibəsi ərəfəsində cəmiyyətdə pessimist rəy formalaşdırmaq, radikal müxalifəti aktivləşdirmək və daxili qarşıdurmanı dərinləşdirmək cəhdləri bu planın tərkib hissəsi kimi təqdim olunur. İndi isə faktlara söykənən açıqlamalarla sözügedən fiqurların və şəbəkənin dövlətçiliyimizə, müstəqilliyimizə və konstitusiya quruluşumuza qarşı yönəlmiş fəaliyyətinin ifşası gündəmdədir.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Musavat.com-a açıqlamasında artıq hər şeyin aydınlığa çıxdığını söylədi: "Mən hələ aylar öncə qələmə aldığım yazıda qeyd etmişdim ki, bir az səbrli olun, qarşıda, növbəti mərhələdə bütün anti - milli ünsürlərin, şərəfsiz yığınının xəyanəti dəmir arqumentlərlə, ciddi faktlarla, audio və video sübutlarla ifşa olunacaq. Və buyurun: Həmin gün gəldi! Hər şey aydınlığa çıxdı. Bütün gizlinlər açıldı. Üstəlik, o da təsdiqini tapdı ki, uzun illər boyunca saxta demokrat maskası altında gizlənənlər, özlərini Qərb dəyərlərinin carçısı kimi təqdim etməyə çalışanlar əslində rusun agentləri, Rusiyanın xüsusi xidmət orqanlarının nökərləri, rusun Bakıdakı emissarı Ramiz Mehdiyevin tulaları, hürənləri, "şilləvuranları” imişlər.

Manqurt şəbəkəsi! Vətən xainləri. Bu millətin çörəyi və suyu burnunuzdan gəlsin! Gör, kimin oyununa alət olublar. 87 yaşlı psixopatın! Gör, Əli Kərimli öz cılız ambisiyalarını hara qədər irəlilədib ki, Mehdiyev kimi yaramazın köləsi belə olmağa razılaşıb. Gör, pul, para, hakimiyyət hərisliyi məlum cinayət "çete”sinin gözünü necə kor edib ki, vətən, dövlət satmağa belə qalxıblar. Gör, Rusiya tərəfindən tapşırıq hansı ultimatumla verilib ki, hətta nankor Abbasla binamus Fuadın belə kəsişə bildiyi, biləcəyi nöqtələr axtarılıb tapılıb.

Xatırlayırsınızmı, hələ Vətən Müharibəsi dövründə radikallar, "söyüş müxalifəti” nə oyunlar çıxarırdı, düşmən dəyirmanına necə su tökürdü, erməni manşetlərinə hansı hazır "materialları” ötürürdü? Təsadüf idimi bu? Plansız idimi bu? Məqsədsiz idimi bu? Xeyr! Qətiyyən! Hər şey planlı və məqsədli idi! Hesablanmış idi! İdarə olunan idi! Rusiya və onun agenti Mehdiyev tərəfindən.

RƏYLƏR