Azərbaycanın 6 şəhərində yeni xəstəxana tikiləcək

OXUNUB: 1505 Səhiyyə

2018-ci ildə Azərbaycanın 6 şəhərində yeni xəstəxanalar tikiləcək.

İcmal.Az  trend-ə istinadən xəbər verir ki, bunu səhiyyə turizmi mövzusuna həsr olunan Azərbaycan-Almaniya biznes-forumunda Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov deyib.

O bildirib ki, son illərdə ölkədə 600-dən çox səhiyyə müəssisəsi tikilib və ya yenidən qurulub:

 

"Bununla da Azərbaycanın hər şəhərində yüksək səviyyəli tibbi yardım göstərilməsi üçün şərait yaradılır".

Bakıda keçirilən biznes-forumda səhiyyə turizmi sahəsində çalışan 130-dan çox şirkətin nümayəndələri iştirak edirlər.

İcmal.Az

RƏYLƏR