Məlumata görə, konsulluğun mühasibi və baş konsul əlbir olaraq 200 min ABŞ dolları məbləğində dövlət vəsaitini mənimsəyiblər.
Qeyd edək ki, bu, xarici diplomatik nümayəndəliklərdə maliyyə pozuntuları ilə bağlı ilk belə hadisə deyil. Vurğulamaq istəyirik ki, bir müddət əvvəl Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin əməkdaşı tərəfindən 300 min dollardan artıq dövlət vəsaitinin kazinoda uduzulması faktı da mətbuatda geniş müzakirə olunmuşdu.
Bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyi, Maliyyə Nazirliyi və Hesablama Palatasına açıqlama almaq üçün müraciət ünvanlayacağıq.
Lakin diqqətçəkən məqam ondan ibarətdir ki,Xarici İşlər Nazirliyində "xaç atası" statusunda olan və ictimaiyyətə görünməyən bəzi şəxslər bu cür faktları ört-basdır etməyə çalışırlar. Məhz bu səbəbdən korrupsiya halları ilə bağlı cinayət məsuliyyəti daşımalı olan şəxslər hələ də məsuliyyətdən yayına bilirlər./ajans
7NEWS.az




















