Azərbaycanın məşhur çay satıcısının külli miqdarda borcu var

OXUNUB: 243 İQTİSADİYYAT
"Saro çayları"nın satışı ilə məşğul olan "Saro Tea" Məhdud Məsuliyyətli Cəmiyyətinin külli miqdarda vergi borc yaranıb. 

Qanuni təmsilçisi Yaqubov Murad Əvəz oğlu olan "Saro Tea" MMC-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 51570.65 manat vergi borcu var.

Artıq sözügedən borcun ödənilməsi üçün "Saro Tea" MMC-yə bildiriş göndərilib, əks halda şirkətin qanuni təmsilçisi Murad Yaqubovun ölkədən çıxışına "stop" qoyulacağı deyilir.

Bu arada "Saro Tea" MMC-də maliyyə mənimsəməsinə görə Cahangirov İlkinur İlkin oğlu saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə)  maddəsi ilə cinayət işi açılıb. 

İşə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baxılacaq. 

RƏYLƏR