Azərbaycanlı fahişələr tutuldu - Aralarında həkim, vəkil, mühəndis də var

OXUNUB: 1282 SOSİAL

Türkiyədə həyata keçirilən əməliyyatda 84 nəfər həbs olunub.

İcmal.Az goldnews.az-a istinadən xəbər verir ki, polis briqadalarının həyata keçirmiş olduğu əməliyyatlarda Ortahisar rayonu, Dəyirmandərə və Dulusçu məhəllələrində yerləşən 4 mehmanxana və 2 restorana basqın edilib. Həmin yerlərdə pul qarşılığında cinsi əlaqəyə girdiyi öyrənilən 70 qadın və vasitəçilik edən 14 nəfər saxlanılıb.

 

Rayon Polis İdarəsinə sövq edilən şəxslərin yoxlanışı zamanı 70 qadından 42-nin xarici vətəndaş olduğu müəyyən edilib. Bu qadınlar deportasiya edilmək üçün əcnəbilərlə iş şöbəsinə sövq edilib.

Polisdəki ifadələrində Gürcüstan, Azərbaycan, Özbəkistan, Tacikistan və Rumıniya kimi ölkələrdən Türkiyəyə gələn 42-i qadının öz ölkələrində həkim, vəkil, mühəndis olaraq çalışdıqları öyrənilib. 28 qadının isə inzibati cərimə tətbiq olunaraq sərbəst qaldığı qeyd edilib.

Digər tərəfdən nəzarətə alınan 14 nəfər "Fahişəliyə vasitəçilik və yer təmin etmək" cinayətləri törətdikləri əsası ilə Trabzon Ədliyyəsinə sövq edilib. Burada hakim qarşısına çıxan şəxslərdən 7-si həbs olunaraq Bahçecik həbsxanasına göndərilib. Digər 7 nəfər isə nəzarət şərti ilə sərbəst buraxılıb.

İcmal.Az

RƏYLƏR