Azərbaycanlı futbol hakimi Rauf Cabarov beynəlxalq təyinat alıb.
FİFA referisi UEFA Gənclər Liqasının "Lokomotiv” (Moskva, Rusiya) – "Yuventus” (İtaliya) oyununun baş hakimi olacaq. 
Qarşılaşma noyabrın 6-da keçiriləcək. Moskvada baş tutacaq oyunda R.Cabarova Namiq Hüseynov və Pərvin Talıbov kömək edəcək.
			  
					
					
					
			 
			
			 
			 
				

























 
				 
				