Müğənni Niyam Salami "Danışmadan keç” adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.
Media nümayəndələrini başına toplayan ifaçı görüş zamanı maraqlı açıqlamalar edib.
O bildirib ki, ölkəni tərk edib, başqa yerə gedir: "Hər kəs istəyir ki, özü üçün, dövləti üçün nəsə etsin. Kimsə geri getmək istəməz. Bir müqaviləm var. Buna görə də Azərbaycanda daimi olmayacam. Müəyyən vaxtlarda baş tutacaq tədbirlər üçün ola bilər ki, yarım və ya bir saatlıq gəlim, amma 6-7 ay burada olmayacam.
İndidən demək istəmirəm. Hər şey öz qaydasına düşəndən sonra geniş açıqlama verəcəm. Sadəcə onu deyə bilərəm ki, getdiyim yerdə alqışlanacam.
Biz ancaq toy güdürük. Qoy olsun, ancaq 50 yaşımdan sonra məni harasa aparan kimdir? Əgər 40 yaşıma qədər öz torpağımda konsert verib oxuya bilmirəmsə, onda nəyə lazımam?
Mən toy üçün oxumuram axı. Düzdür, toy da, yas da bizimdir. Amma yarım saatlıq çıxışda istədiyin kimi ifa edə bilmirsən. Gərək ancaq bəy və gəlin üçün oxuyum? Elə mahnılar ifa etməliyəm ki, tez-tez toylara çağırsınlar? Heç vaxt efirdə toyu təbliğ etməməmişəm”.
N.Salami dostlarının ona verdiyi məsləhətdən də söz açıb:
"Dostlarım mənə "Niyam elə oxuma, belə oxu” kimi irad tuturdılar. Hazırda görürəm ki, radiolara popuri verirlər. O zaman mənə niyə deyirsən ki, efirdə onu ifa etmə, bunu oxu? Hətta, diceylərə də, bunu hit elə deyə tapşırıq verirsiniz.
Orada-burada da deyirlər ki, biz ona kömək etmişik. İnsana ana-atası kömək edir. Dost yaxşılıq edəndə başa qaxır. Yaddan çıxartmaq olmaz ki, heç kim kiməsə boş yerə yaxşılıq etmir. Əgər sizə "Salam” verməsəm, siz mənə "əleyküm-salam deməzsiniz. Mənə köməyi Allah və media nümayəndələri edib.
Vaxt var idi ki, hamıdan müsahibə alınırdı, mən isə kənarda qalırdım. Başa düşürdüm ki, "platnı” müğənniyəm. Qonorar verib efirə çıxmalı, yaxşı mahnı oxumalı, klip çəkdirməli idim. Belə çıxır ki, acından ölməliydim. Bunu vaxtı ikən etmədim. Pulları mahnı və geyimimə xərclədim”.
Daha sonra yeni klipindən danışan ifaçı "Danışmadan keç”i "Video-rolik” adlandırıb:
"Bu, klip deyil, sadəcə video-rolikdir. İstədik maraqlı görüntülərlə mahnını tamaşaçılara təqdim edək”.
Qeyd edək ki, mahnını sözləri Ulucay Akifə, musiqisi Murad Zeynala aiddir. Klipi ekranlaşdıran isə gənc rejissor Əhməd Əlidir/publika



İcmal.Az

























