Azərbaycanlı pomidor istehsalçılarına bəd xəbər

OXUNUB: 1392 İQTİSADİYYAT

Rusiya may ayının 1-dən Türkiyə pomidorlarına qoyduğu qadağanı aradan qaldıracaq. 

İcmal.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitariya üzrə Federal Xidməti məlumat yayıb.

Xatırladaq ki, Rusiya Türkiyə ilə aralarında baş verən təyyarə böhranından sonra pomidor idxalına qadağa qoymuşdu. 

Məhz həmin müddətdə Azərbaycan fermerləri öz məhsullarını Rusiya bazarlarına çıxarıblar.

Keçən il 140 milyon dollar dəyərində pomidor ixrac edilib. Cari ildə ixracın daha da artırılması nəzərdə tutulub. İqtisadiyyat Nazirliyinin açıqlamasına görə, Azərbaycan pomidor ixracı üçün subsidiyaların verilməsi imkanını nəzərdən keçirə bilər.

İcmal.Az

RƏYLƏR