Azərbaycanlı teleaparıcıya qarşı kampaniya başladıldı: “İnsanlara pis nümunə olur”

OXUNUB: 671 ŞOU-BİZNES
Teleaparıcı Lalə Azərtaşa qarşı kampaniya başlayıb.
Aparıcının "ATV kulis” verilişində qızlarını döyməsi barədə açıqlama verməsi sosial şəbəkə izləyicilərinin etirazına səbəb olub. Onlar #qızımolsa haştağı ilə kampaniyaya başlayıblar və milyonlarla izləyicisi olan aparıcının insanlara pis nümunə olmaqda, onlara şiddət aşılamaqda ittiham ediblər.

Qeyd edək ki, Azərtaş proqramda aşağıdakı açıqlamanı vermişdi: "Lazım gələndə, qızlarımı döyürəm də. Qızını döyməyən, dizini döyər. Uşaqlarım deyir ki, ana birinci dəfə deyir "olmaz", ikincidə deyir, "demişdim axı olmaz". Üçüncü dəfə başqa cür deyir. Artıq dördüncüdə gəlir. Əgər çətin olursa, nənədən kömək istəyirik. Anama deyirəm ki, Gülarə və Solmaza sən məsləhət ver”.

RƏYLƏR