Mayın 4-də tanınmış teleradio aparıcısı Cavid Osmanovun "MediaMən” adlı kitabı təqdim olunub.
Təqdimatda tanınmış mədəniyyət və incəsənət, KİV-nin nümayəndələri iştirak edib. Təqdimat iştirakçılar üçün qeyri-adi və gözlənilməz olub. Belə ki, müəllif kitabının təqdimatına iştirakçıların qarşısına cibində qadın alt paltarı olan hamam xalatında çıxıb.
A24.Az bildiri ki, onun bu hərəkəti sosial şəbəkələrdə böyük müzakirə və etiraz doğurub.
Sosial media fəalı Sənan Nəcəfov da bununla bağlı fikirlərini paylaşıb:
"İnsan azadlığının, ifadə azadlığının sərhəddi olmur. Düz edir. Bax, əcəb edib, belə ələ salırlar. Sonra deyirisiniz ki, niyə cəmiyyətdə mauqulilər, tərbiyəsizlər, küçə tərbiyəsi görmüş uşaqlarla doludur? Sonra deyirik ki, niyə mənəviyyat korlanıb, əxlaq itib. Mətbuata açıqlamasından yazarı tanıyanlardan biri belə deyib: "Ümumiyyətlə, Cavid media aləmində öz sözünü demiş insandır. Yəni, 90-cı illərdən bəri, ən gənc yaşlarından mediada olub”. Açığı mən bu adamı tanımıram. Heç avxt da yazısına rast gəlməmişəm. Yəqin ki, o kitabı heç vaxt oxumaram, sizi bilmirəm… Bəli, məhz bunların mətbuatıdır. Biz onda başqa işlə məşğul olmuşuq. Kitab oxumuşuq ki, nəsə yaza bilək, redaktə etmişik ki, oxucunu azdırmayaq, yazı yazmışıq ki, sonda qonorar alaq. Demək düz yolda olmamışıq…Mətbuat elə cibində qadın alt paltarı təqdimata gələnlərin mətbuatıdır. Amma hansı mətbuat?”
