Azərbaycan vətəndaşları Türkiyədə yanvar ayında ən çox ev alan xarici ölkə vətəndaşları sıralamasında 9-cu sırada qərarlaşıblar.
Bu məlumatı Türkiyə Statistika İdarəsi yayıb.
Məlumata görə, azərbaycanlılar yanvarda Türkiyədə 65 ev alıblar. Ümumiyyətlə, hesabat ayında xarici vətəndaşlara ev satışı illik müqayisədə 25,7% artaraq 1 742 ədəd təşkil edib. Bu siyahıda birinci İraq (272 mənzil), ikinci - Səudiyyə Ərəbistanı (160), üçüncü - Əfqanıstan (124), dördüncü - Rusiya (121) olub./report
İcmal.Az