“Azərenerji” ASC-nin Prezidentinə şiddətli töhmət verilib

OXUNUB: 1046 İQTİSADİYYAT
"Azərenerji” ASC-nin Prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib.

Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.
 
 

RƏYLƏR