"AzInTelecom" işçiləri üçün ezamiyyətləri Nahid Bağırovun şirkəti təşkil edəcək

OXUNUB: 790 İQTİSADİYYAT

"AzInTelecom” MMC "Xəzər” şirkətini 30 iyun tarixində bir illik işçi ezamiyyətlərinin təşkili tenderinin qalibi elan edib. Turizm agentliyi bu ilin mart ayında İsmayıllı rayon icra hakimiyyətinin başçısı təyin edilmiş Nahid Bağırova məxsusdur.



"AzInTelecom” istiqaməti bildirilməyən işgüzar səfərlərin təşkili üçün "Xəzər”ə 66.899 manat (39.3 min dollar) ödəyəcək.

"AzlnTelecom" MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir və üç istiqamətdə fəaliyyət göstərir: Azərbaycan və dünya ölkələri arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, telekommunikasiya qurğularının sertifikatlaşdırılması və "AZCLOUD" bulud xidmətləri təmin edilməsi. "AzlnTelecom” "Azercell Telekom” MMC-nin sahibi "Azertel” MMC-də nəzarət paketinə sahibdir.

"AzlnTelecom” 2017-2019-cu illərdə işçilərin ezamiyyət xərcləri barədə məlumatları açıqlamayıb. 2015-2106-cı illərdə bu göstərici 491 min 438 min manat olub.

"Xəzər” firması 1999-cu ildə yaradılıb və turizm xidmətləri göstərir. (Turan)
 
 
 
7News.Az

RƏYLƏR