AZSIĞORTA-da biabırçı maxinasiya: 2 AYDIR ÖDƏNİŞ EDİLMİR (FOTOFAKTLAR)

OXUNUB: 729 Özəl İQTİSADİYYAT

7NEWS.az xəbər verir ki, bu barədə zərərçəkmiş sürücü AZ-MEP Group LLC-nin təsisçisi, tanınmış iş adamı, iqtisadi ekspert Çinarə Ağayevaməlumat verib.

Onun sözlərinə gör 08 dekabr 2020-ci il tarixdə baş vermiş qəzaya görə ödəniş hələ də verilməyib: "Rəhbərlik etdiyim şirkətin balansında olan Toyota RAV4 markalı avtomobili idarə edərkən 90 PR 864 markalı avtobillə qəza törədildi. Dəhal hadisə yerinə ekspertlər gəldi, bütün lazımi prosedurlar həyata keçirildi. Bu müddət ərzində məndən tələb olunan bütün sənədləri verdim. Daha sonra DYP-dən müvafiq arayış tələb olundu. Onu da zamanında təqdim etdim. Sığorta əməkdaşları arayışda düzəlişlərə ehtiyac olduğunu dedilər. Qısa zamanda onu da hazır edib, təqdim etdim. 2 aydan çoxdur avtomobilsizəm, AZSIĞORTA əməkdaşları da bu gün, sabah həll olunur deyirlər. Ancaq 2 aydan artıq vaxt keçib, normal söz deyən yoxdur. Bu sadəcə özbaşınalıq və məsuliyyətsizlikdir. Ora gedəndə gördüm ki, yüzlərlə sürücü də eyni problemlə qarşılaşıb. AZSIĞORTA-ya nəzarət edən qurumlar bunu görmürlər? Əlbətdə görürlər, sadəcə bu şirkətin rəhbərliyi "burada mən, Bağdadda kor xəlifə” prinsipi ilə işləyir. Prezident İlham Əliyev dönə-dönə vurğulayır ki, xidmət sahələri vətəndaşları incitməməli, sahibkarlara qarşı isə xüsusi diqqət göstərməlidirlər. Mən iş adamı kimi 2 aydır AZSIĞORTA-ya görə yollarda qalmışam. Məsələ ilə bağlı ölkə başçısına da yazacam, müvafiq qurumlara da şikayət edəcəm, sonda məhkəməyə verəcəm. Xalqın pulu ilə büdcə doldururlar, sonra onu bu formada oğurlayırlar. Bunlar düşünürlər ki, müştərini bezdirəndən sonra vəsaitdən imtina edəcəyik. Söhbət məbləğdən yox, cinayətdən gedir. Bəli bu maliyyə maxinasiyası, məsuliyyətsizlik və cinayətdir. Buna görə AZSIĞORTA rəhbərliyi cavab verməlidir.”

 














RƏYLƏR