“Aztelekom”dan 10 manatlıq şirkətə 2 milyon manatlıq sifariş

OXUNUB: 0 İQTİSADİYYAT
"BUTA SUPPLY” çirkəti "Aztelekom” MMC-nin keçirdiyi daha bir tenderin qalibi olub.

Dövlət qurumu şirkətdən xətt təsərrüfatı üçün mal-materialın satın alınmasını həyata keçirəcək. Bu razılaşmaya əsasən qeyd edilən malların alınmasına isə 2,1 milyon manat pul ödəniləcək.
 
Araşdırmalar zamanı məlum olur ki, 2025-ci ildə "Aztelekom”la "Buta Supply” arasında bu ikinci tendderddir. Belə ki, MMC bu ilin yanvarında şirkətdən akkumulyatorlar alıb və onun quraşdırılması xidmətini də həyata keçirib. Bunun müqabilində isə 262,8 min manat pul ödəyib.

Qeyd edək ki, "BUTA SUPPLY” MMC 2019-cu ildə təsis edilib. Bakı şəhəri, Xətai rayonu, Əhmədli 2-ci, ev 20 ünvanında rəsmi qeydiyyatda olan MMC-nin nizamnamə kapitalı 10 AZN-dir. MMC-nin qanuni təmsilçisi isə Əliyev Çingiz Akif oğludur.

 

RƏYLƏR