Bacısının başını keçəl edib evə həbs etdi: Bu səbəbə görə - FOTO

OXUNUB: 633 DÜNYA
Adanada B.B. adlı 21 yaşlı qız qardaşı tərəfindən saçları keçəl edilərək evə həbs edilib.

İcmal.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qardaşı 2 ay öncə mağazada işə düzələn gənc qızı qısqanclıq zəminində evə məhkum edib.

Evdə də bacısına geyim tərzinin dəyişdirməsi üçün zor tətbiq edib. Təxminən bir aydır ki evdən çıxa bilməyən qız qardaşının evdə olmamasından istifadə edərək qaçıb və polisə müraciət edib. 
 

O, qardaşından şikayətçi olmadığını, lakin evə yox, sığınacağa yerləşdirilməyini xahiş edib. B.B. daha sonra sığınacağa yerləşdirilib.


Bacısının başını keçəl edib evə həbs etdi: Bu səbəbə görə - FOTO

İcmal.Az

RƏYLƏR