Azərbaycanın yunan-Roma güləşçisi Elvin Mürsəliyev (75 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
	İcmal.Az Trend-ə istinadən xəbər verir ki, final uğrunda mübarizədə idmançımızın rəqibi Qırğızıstan təmsilçisi Kairatbek Tuqolbaev olub.
	Güləşçimiz rəqibinə 3:2 hesabı ilə qalib gələrək qızıl medal uğrunda mübarizə aparmaq şansı əldə edib.
	E.Mürsəliyevə qədər iki güləşçimiz - İslam Abbasov (85 kq) və Kamran Məmmədov (66 kq) da finala yüksəlib.
	Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
			 
				

























 
				 
				