Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yenidən vergi borcu yaranıb.
Kollecin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə hazırda vergi borcu 50.815,67 manatdır.
Borc kollecin direktorunun adına qeyd edilib.
Qeyd edək ki, 2018-ci ilin may ayından Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru Bəxtiyarov Bəxtiyar İbrahim oğludur.






















