Bakı-Quba yolunda yük maşını aşıb, sürücü ölüb

OXUNUB: 1080 SOSİAL

Bakı-Quba yolunun 32-ci kilometrliyində "Shacman" markalı yük avtomobili yolda idarəetməni itirərək dəmir çəpərə çırpılaraq aşıb.

İcmal.Az FHN-ə istinadən xəbər verir ki, bu barədə məlumat qurumunBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Yük avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Qasımov Firudin Əziz oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

 

İcmal.Az

RƏYLƏR