Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidməti rəhbərinin oğlu yol qəzasında ölüb

OXUNUB: 1134 HADİSƏ

Bakıda ağır yol qəzası baş verib.
Hadisə paytaxtın Səbail rayonu ərazisində Salyan şosesində baş verib.
Belə ki, yolda hərəkətdə olan "Subaru" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb. Hadisə ilə əlaqədar yolda böyük tıxac yaranıb. Hazırda yol polisləri ərazidə avtomobillərin hərəkətinin bərpasına və tıxacın aradan qaldırılmasına çalışırlar.
SalamNews-un əldə etdiyi məlumata görə, qəzada ölənlərin biri Bakı şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.
Hazırda faktla bağlı araşdırma aparılır./SalamNews
 

İcmal.Az

RƏYLƏR