Bakı-Tehran-Bakı reysi ləğv edilib

OXUNUB: 47 HADİSƏ
Azərbaycan Hava Yolları (AZAL) Bakı–Tehran–Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib. Bu barədə aviaşirkətin Mətbuat xidməti anews.az-ın sorğusuna cavab olaraq bildirib. 

AZAL bildirir ki, uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq və sərnişinlər dərhal məlumatlandırılacaq. Aviaşirkət yaranmış narahatlığa görə üzr istəyib və sərnişinlərə anlayış göstərdikləri üçün təşəkkür edib.

Qeyd olunub ki, uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün əsas prioritetdir. Sərnişinlər yeniliklər barədə məlumat almaq üçün aviaşirkətin çağrı mərkəzinə müraciət edə bilərlər.

RƏYLƏR