Bakıda 17 nəfər universitetin liftində qaldı

OXUNUB: 823 SOSİAL

Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən universitetin tədris binasında 17 nəfər liftdə qalıb.

FHN-dən İcmal.Az-a verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün həmin ünvana cəlb olunublar.

Xilasedicilər vətəndaşların liftdən çıxmasına kömək göstəriblər.

İcmal.Az

RƏYLƏR