Bakıda 200 nəfərə yaxın şəxs fırıldaqla üzləşib – VİDEO

OXUNUB: 841 SOSİAL

Taksi xidməti göstərmək istəyən 200 nəfərə yaxın şəxs fırıldaqla üzləşib. Onları minik avtomobili kirayə vermək adı ilə aldadaraq külli miqdarda pullarını alıblar.

İcmal.Az "Xezerxeber.az”a istinadən xəbər verir ki, saytlardan birində taksi fəaliyyəti göstərmək üçün minik avtomobillərinin kirayəyə verildiyi haqda elan yerləşdirilib.

Şərtlərdə də qeyd edilib ki, 48 ay ödənişdən sonra maşın sürücüyə qalacaq. Elanı görən 200-ə yaxın vətəndaş da həmin şəxslə əlaqə saxlayıb və razılığa gəlib, tələb edilən məbləğlər də ödənilib.

Hətta kirayə maşın götürmək istəyən insanlar İlqar İsmayılov küçəsində yerləşən ofisə dəvət edilib və orada onlara 2 maşın göstərilib. Bu yolla da 200-ə yaxın vətəndaş aldadılıb.Vətəndaşlara verilən nömrələrə isə zəng catmır.

Aldadıldıqlarını bilən şəxslər polisə müraciət ediblər. Onlar Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə dəvət edilərək izahatları alınıb, araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR